...

ABŞ Filippində raket sistemləri yerləşdirməyi planlaşdırır

Dünya xəbərləri Materials 17 Fevral 2026 21:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Filippində raket sistemləri və digər silah növləri yerləşdirmək niyyətindədir.

Trend xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) ABŞ Dövlət Departamentinin Manilada keçirilən illik danışıqların yekunlarına dair bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda əlavə olaraq hansı silahların yerləşdirilməsinin planlaşdırıldığı dəqiqləşdirilmir. Bildirilir ki, tərəflər “ABŞ-nin qabaqcıl raket və pilotsuz sistemlərinin Filippində yerləşdirilməsinin artırılması üzərində işləyəcəklər”.

WSJ-nin məlumatına görə, Filippin Tayvan ətrafında baş verə biləcək mümkün hərbi münaqişə ssenarisində ABŞ strategiyasının əsas elementlərindən biri kimi nəzərdən keçirilir.

Xəbər lenti

Xəbər lenti