Bakı. Trend:
2026-cı ilin ilk Günəş tutulması başlayıb.
Trend xəbər verir ki, bu barədə Rusiyanın Günəş astronomiyası laboratoriyası məlumat yayıb.
“təxminən 20 dəqiqə əvvəl Antarktidada Ayın yarımkölgəsi Yerə düşdü – bununla da bu ilin iki Günəş tutulmasından birincisi başladı”, -deyə məlumatda bildirilir.
Həmçinin qeyd olunur ki, Moskva vaxtı ilə saat 14:44-də (Bakı vaxtı ilə 15:44) Ay Günəşlə tam üst-üstə düşərək səmada alovlu halqa yaradacaq. Bu hadisəni Yer üzündə çox az sayda insan müşahidə edə biləcək.
xxx
11:36
Bu gün Günəş tutulması hadisəsi yaşanacaq.
Trend xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
“İlk yarımkölgənin Yerə düşməsi Moskva vaxtı ilə saat 12:58-də (Bakı vaxtı ilə 13:58-də) olacaq. Halqavari faza 14:44-dən 15:37-dək davam edəcək. Pik mərhələ isə 15:13-ə təsadüf edir”, – deyə məlumatda bildirilir.
Günəş tutulması Ayın Yer ilə Günəş arasına keçməsi nəticəsində Günəş işığının tam və ya qismən örtülməsi hadisəsidir. Bu zaman Günəşin hamısı (tam tutulma) və ya bir hissəsi (qismən tutulma) görünməz ola bilər. Günəş tutulması yalnız yeni ay fazasında baş verir və Yer kürəsinin müəyyən bölgələrindən müşahidə olunur.
