...

Daha bir itkin şəhidin dəfn olunacağı tarix açıqlandı

Cəmiyyət Materials 17 Fevral 2026 23:26 (UTC +04:00)
Daha bir itkin şəhidin dəfn olunacağı tarix açıqlandı
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Daha bir itkin şəhidin dəfn ediləcəyi tarix məlum olub.

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, indiyədək itkin kimi qeydiyyatda olan Şahin Kərimov (Kərimov Şahin Heydər oğlu) nəşinin kimliyi müəyyən edilib.

Qeyd edək ki, Şahin Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Qarabağ döyüşlərində Vətənin müdafiəsi uğrunda iştirak edib.

Ş. Kərimov 4 aprel 1993-cü ildə ağır döyüşlər zamanı itkin düşmüşdü. Bu günlərdə şəhidin nəşinin qalıqları müəyyən olunub.

Vida mərasimi fevralın 19-da Mingəçevir şəhərində keçiriləcək. Şəhid Mingəçevir Şəhidlər Xiyabanında dəfn ediləcək.

Xəbər lenti

Xəbər lenti