...

Azərbaycanda keçiriləcək "FIFA Series – 2026" turnirinin təqvimi açıqlandı

İdman Materials 17 Fevral 2026 21:47 (UTC +04:00)
Azərbaycanda keçiriləcək "FIFA Series – 2026" turnirinin təqvimi açıqlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda təşkil olunacaq futbol üzrə "FIFA Series – 2026" beynəlxalq turnirinin oyun cədvəli müəyyənləşib.

Trend xəbər verir ki, Azərbaycan, Syerra-Leone, Oman və Sent-Lüsiya milli komandalarının iştirak edəcəyi yarışın ilk qarşılaşmaları martın 27-də baş tutacaq.

Turnirin ilk oyun günündə qalib gələn komandalar martın 30-da finalda üz-üzə gələcək, məğlub olan kollektivlər isə üçüncü yer uğrunda mübarizə aparacaqlar.

Turnirin təqvimi aşağıdakı kimidir:

27 mart

Saat 15:00. Oman – Syerra-Leone
Məkan: Dalğa Arena

Saat 19:00. Azərbaycan – Sent-Lüsiya
Məkan: Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

30 mart

Saat 15:00. Üçüncü yer uğrunda oyun (məğlublar)
Məkan: Dalğa Arena

Saat 19:00. Final (qaliblər)
Məkan: Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Xəbər lenti

Xəbər lenti