Bakı. Trend:
ABŞ-nin Nyu-York şəhəri yaxınlığında yerləşən kilsələrdən birində güclü partlayış olub.
Trend xəbər verir ki, məlumatı Times Now World yayıb.
Hadisə nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, daha 13 nəfərin isə təcili tibbi yardıma ehtiyacı olduğu bildirilib.
Yerli sakinlər partlayışdan bir qədər əvvəl ərazidə kəskin qaz iyinin hiss olunduğunu qeyd ediblər.
