Magistratura imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 22780 bakalavrdan 519 nəfəri imtahana gəlməyib.
Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilir ki, imtahan qaydalarını pozduğu üçün 2 nəfərin nəticəsi ləğv olunub.
"İmtahan iştirakçılarının nəticələri ilə bağlı apellyasiya müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra baxılacaq. Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq. Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn, qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq", məlumatda qeyd olunub.
