...

Masallı Sənaye Məhəlləsinə 1,3 milyon manat yeni investisiya qoyulub

İqtisadiyyat Materials 18 Fevral 2026 14:00 (UTC +04:00)
Masallı Sənaye Məhəlləsinə 1,3 milyon manat yeni investisiya qoyulub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Masallı Sənaye Məhəlləsinin yeni rezidenti tərəfindən plastik taraların istehsalı layihəsi həyata keçiriləcək.

Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Belə ki, “Azmer Group” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Masallı Sənaye Məhəlləsinin rezidenti statusu verilib.

Məlumata görə, investisiya dəyəri 1,3 milyon manat təşkil edən layihə çərçivəsində aqrar sahədə istifadə olunan plastik taralar istehsal ediləcək.

Qeyd edilib ki, Masallı Sənaye Məhəlləsində hazırda 10 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 400-ə yaxın daimi iş yeri yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti