...

Mərkəzi Asiya Çin və ya Hindistanın istehsal meydançalarına bənzər məkana çevrilə bilər - Qazaxıstan Qurultayının üzvü

İqtisadiyyat Materials 18 Fevral 2026 12:48 (UTC +04:00)
Mərkəzi Asiya Çin və ya Hindistanın istehsal meydançalarına bənzər məkana çevrilə bilər - Qazaxıstan Qurultayının üzvü
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Asiyanın Çin və ya Hindistanın istehsal meydançalarına bənzər məkana çevrilmək potensialı var.

Trend xəbər verir ki, bunu Qazaxıstan Respublikası Prezidenti yanında Milli Qurultyatın üzvü Talqat Kaliyev Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək – strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Mərkəzi Asiyanın öz nadir torpaq resursları mövcuddur, insan kapitalının səviyyəsi yüksəkdir və əmək resursları Avropa İttifaqı ilə müqayisədə daha ucuzdur.

“Biz bunun müqabilində texnologiyalar cəlb edə və tədricən tamamilə yeni səviyyədə öz istehsal güclərimizi inkişaf etdirə bilərik. Paralel olaraq, öz təhlükəsizliyimizi və müdafiə qabiliyyətimizi inkişaf etdirmək bizim üçün son dərəcə vacibdir”, – deyə o qeyd edib.

Bundan əlavə, Kaliyev resurs məsələlərində Avropa İttifaqı və ABŞ ilə danışıqlarda əlaqələndirilmiş fəaliyyətin zəruriliyini vurğulayıb.

“Bu gün biz unikal mövqedəyik: biz sadəcə xammal satmaqla kifayətlənməyib, resursları texnologiyalar müqabilində təmin edə bilərik. Bu isə istehsal və texnoloji bazamızı ardıcıl şəkildə genişləndirməyə və insan kapitalının səviyyəsini artırmağa imkan verəcək”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti