...

Yanğın binada yaşayan şəxsin səhlənkarlığından baş verib - Sakin

Hadisə Materials 17 Fevral 2026 13:32 (UTC +04:00)
Yanğın binada yaşayan şəxsin səhlənkarlığından baş verib - Sakin
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Yanğın hadisəsi təxminən iki saat əvvəl baş verib. Qonşularla birlikdə yanğın baş verən binadan vətəndaşların təxliyyəsinə kömək etdik.

Trend xəbər verir ki, bunu yanğın baş verən ərazidə yaşayan sakin Elşən Abbasov jurnalistlərə açıqlamasında deyib.

“Yanğın binada yaşayan şəxsin səhlənkarlığı səbəbindən baş verib. FHN dərhal hadisəyə müdaxilə etdi. Təxmini 15-20 nəfər təxliyə olunub”, - deyə o bildirib.

Qeyd edək ki, paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış binası yanır. Yanğının söndürülməsi işləri davam etdirilir. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti