Bakı.Trend:
Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
xxx
14:05
Yasamal rayonunda yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi yanında Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Arif Babayev jurnalistlərə açıqlamasında məlumat verib.
O bildirib ki, bina və dam örtüyü əsasən taxta konstruksiyalardan, həmçinin qır, daş yunu və çardaq hissəsindən ibarət olduğuna görə alovun yayılması sürətlənib və söndürmə işləri mürəkkəbləşib:
"Hazırda yanğın məhdudlaşdırılıb, alovun tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir".
xxx
13:58
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Trend xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Hazırda binanın taxta arakəsmələrinin sökülməsi və bəzi tüstülənmə ocaqlarının söndürülməsi istiamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
12:59
xxx
Paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında baş verən yanğının söndürülməsi işləri davam etdirilir.
Trend xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, binanın taxta araskəsmələrdən ibarət olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də yanğından mühafizə bölmələri tərəfindən yanğın nəzarət altına alınıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
Hazırda yanğınla mübarizə əməliyyatı davam edir.
Əlavə məlumat veriləcək.
12:56
xxx
Paytaxtın Yasamal rayonu ərazisində yerləşən ikimərtəbəli yaşayış binasında baş verən yanğın qonşu mənzilə də keçib.
Trend-in hadisə yerində olan müxbirinin məlumatına görə, Lev Tolstoy küçəsində yerləşən binanın bir mənzilində alovun qarşısı alınsa da, yanğın sonradan bitişik ikinci mənzilə keçib. Hazırda alovun yenidən gücləndiyi bildirilir.
Yanğından 3 nəfər də əcnəbi xilas edilib.
11:52
xxx
Paytaxtın Yasamal rayonu ərazisində yerləşən ikimərtəbəli yaşayış binasında baş verən yanğın qonşu mənzilə də keçib.
Trend-in məlumatına görə, İslam Səfərli küçəsində yerləşən binanın birinci mənzilində alovun qarşısı alınsa da, yanğın sonradan bitişik ikinci mənzilə keçib. Hazırda alovun yenidən gücləndiyi bildirilir.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Lev Tolstoy küçəsində ikimərtəbəli yaşayış binasında yanğın baş verib.
Trend xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
