Bakı. Trend:
"Sumqayıt" legionerini komandada saxlamağı planlaşdırır.
Trend xəbər verir ki, "kimyaçılar" Ronaldo Vaskezin müqavilə müddətinin artırılmasını planlaşdırır.
Bunun üçün 26 yaşlı futbolçu ilə danışıqlara aparılacaq. Onun yeni mövsümə də "Sumqayıt"da başlaması gözlənilir. 2025-ci il yanvarın 30-da "Sumqayıt"a keçmiş Ronaldonun müqavilə müddəti mövsümün sonunda başa çatacaq.
O, Azərbaycana gələnə qədər “Atletiko Pantoxa”(Dominikan Respublikası) və “Quabira”(Boliviya) klublarında oynayıb.
Ronaldo Dominikan Respublikası millisinin üzvüdür.
