Bakı. Trend:
Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk partiyaları keçirilib.
Trend xəbər verir ki, yarımfinalda rəmzi ilk gedişi Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Yaqub Hüseynov edib.
Kişilərin yarışında Şəhriyar Məmmədyarov – Aydın Süleymanlı və Məhəmməd Muradlı – Read Səmədov partiyalarında heç-heçə qeydə alınıb.
Qadınların yarışında Ülviyyə Fətəliyeva Gülnar Məmmədovanı məğlub edib. Digər görüşdə isə Ayan Allahverdiyeva iki dəfə qayda pozuntusuna yol verdiyinə görə Türkan Məmmədyarova qalib elan olunub.
Sabah Azərbaycan çempionatında cavab oyunları keçiriləcək.
