...

Bakıda "C6: Birləşmiş Region, Ümumi Gələcək - Strateji Dialoqun Gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilir (FOTO)

Siyasət Materials 18 Fevral 2026 09:47 (UTC +04:00)
Bakıda "C6: Birləşmiş Region, Ümumi Gələcək - Strateji Dialoqun Gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilir (FOTO)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Bakda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “C6: Vahid region, ortaq gələcək strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir.

Trend xəbər verir ki, konfrans çərçivəsində “Dialoqdan dayanıqlı mexanizmlərə: C6 əməkdaşlığının gələcəyi”, “Əlaqəlilik və inkişaf: C6 əməkdaşlığının iqtisadi ölçüsü və dayanıqlı inkişaf”, həmçinin “Qlobal qeyri-sabitlik şəraitində C6 regional təhlükəsizliyi” mövzularında panel müzakirələrinin keçirilməsi nəzərdə tutulub.

Tədbirdə Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, “Bakı Şəbəkəsi” Araşdırmalar və Təhlil İctimai Birliyinin layihə direktoru Sahil Kərimli də iştirak edir.

Konfransın məqsədi C6 çərçivəsində strateji dialoqun dərinləşdirilməsi, ortaq yanaşmaların formalaşdırılması və regionun dayanıqlı inkişafına töhfə verəcək əməkdaşlıq mexanizmlərinin təşviq edilməsidir.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti