...

Dildə ən ciddi problemlərdən biri danışdığı kimi yazmaq və yazdığı kimi danışmaqdır - Qulu Məhərrəmli

Cəmiyyət Materials 18 Fevral 2026 12:04 (UTC +04:00)
Dildə ən ciddi problemlərdən biri danışdığı kimi yazmaq və yazdığı kimi danışmaqdır - Qulu Məhərrəmli
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Dildə ən ciddi problemlərdən biri danışdığı kimi yazmaq və yazdığı kimi danışmaqdır.

Trend xəbər verir ki, bunu bu gün Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının professoru, Azərbaycan Mətbuat Şurasının Dil Komissiyasının üzvü, professor Qulu Məhərrəmli “Medianın dili elmi müzakirə müstəvisində” adlı konfransda deyib.

Q.Məhərrəmli vurğulayıb ki, idman şərhçilərinin bəziləri Azərbaycan dilini yaxşı bilmirlər.

“Bu səhvlərə ən çox futbol yarışlarının şərhi zamanı rast gəlinir”.

O əlavə edib ki, mediada ən çox yol verilən səhvlərdən biri də "hava şəraiti" ifadəsinin işlədilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti