...

"Fənərbaxça" Depay üçün danışıqlara başladı

İdman Materials 17 Fevral 2026 15:38 (UTC +04:00)
"Fənərbaxça" Depay üçün danışıqlara başladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Korintians"ın futbolçusu Memfis Depay Avropaya geri qayıda bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçuya “Fənərbaxça”dan təklif gəlib.

Niderlandlı isə qərar verməyə tələsmir. Çünki onun “Əl-Əhli”, “Əl-Şabab”(hər ikisi Səudiyyə Ərəbistanı), “Əl-Vasl”(BƏƏ) klublarından da dəvəti var.

"Fənərbaxça" futbolçunun keçidini həll etmək üçün indidən danışıqlara start verib.

Memfis Depay karyerası ərzində PSV, “Mançester Yunayted”, “Lion”, “Barselona” və “Atletiko” klublarında çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti