...

Azərbaycan və BƏƏ dayanıqlı iqtisadi artım üzrə birgə layihələri müzakirə edib (FOTO)

İqtisadiyyat Materials 17 Fevral 2026 17:40 (UTC +04:00)
Azərbaycan və BƏƏ dayanıqlı iqtisadi artım üzrə birgə layihələri müzakirə edib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında dayanıqlı iqtisadi artıma xidmət edən birgə layihələr müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşım edib.

“Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqlim və ətraf mühit naziri Amna Al Dahakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində uğurlu tərəfdaşlığı vurğuladıq. Dayanıqlı iqtisadi artıma xidmət edən birgə layihələr, səmərəli biznes həllərinin tətbiqi, karbon emissiyalarının azaldılması istiqamətində əməkdaşlıq imkanlarını müzakirə etdik”, - paylaşımda qeyd edilib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ)arasında ticarət dövriyyəsinin həcmi 13,354 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 milyon ABŞ dolları və ya 32,9% çoxdur.

Dövr ərzində Azərbaycandan BƏƏ-yə ixracın həcmi 3,466 milyon ABŞ dolları, əks istiqamətdə isə 9,888 milyon ABŞ dolları təşkil edib. Beləliklə, ötən ilin eyni dövründə Azərbaycandan BƏƏ-yə məhsul ixracı 2 milyon ABŞ dolları və ya 36,5% azalıb, əks istiqamətdə isə 5,3 milyon ABŞ dolları və ya 2,1 dəfə artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti