Bakı.Trend:
Evdə yatmışdım, yuxudan tüstü qoxusuna oyandım. Dərhal pəncərələri açdım, bundan sonra alov genişləndi.
Trend-in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında yanğın baş verən mənzilin sahibi Sona Cavanşirova deyib.
O bildirib ki, yanğın baş verən kimi FHN-ə məlumat verib.
“Evdə qardaşımla ikimiz qalırıq. Evimiz 3 otaqdan ibarətdir və tam yanıb”.
Qeyd edək ki, paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış binası yanır. Yanğının söndürülməsi işləri davam etdirilir. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
