...

Çində sərnişin qayığı aşdı

Dünya xəbərləri Materials 18 Fevral 2026 08:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Yunnan əyalətinin cənub-qərbində göyərtəsində 26 sərnişin olan gəzinti qayığı aşıb, nəticədə azı dörd nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Hadisə fevralın 17-də, Çin Yeni ilinin ilk günündə, Çüsün şəhərinin Lyansivan turizm kəndi yaxınlığında baş verib.

Məlumata görə, Dövlət Şurasının Milli Təhlükəsizlik Komissiyası qanunvericiliyə uyğun olaraq məsul şəxslərin istintaqı və təqibinə əyalət səviyyəsində nəzarət edilməsi barədə göstəriş verib.

Hazırda hüquq-mühafizə orqanları turistləri daşıyan qayığın aşmasının konkret səbəblərini müəyyənləşdirmək üçün araşdırmaları davam etdirir.

Xəbər lenti

Xəbər lenti