Bakı. Trend:
“Activision” şirkəti “Call of Duty: Warzone Mobile” oyun serverlərini aprelin 17-də tamamilə bağlayacaq.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Layihə hələ 2025-ci ilin may ayında “Google Play” və “App Store” platformalarından silinmişdi. Həmin vaxt oyundaxili valyutanın satışı və yeni mövsümi kontentin buraxılışı da dayandırılmışdı. İndi isə şirkət rəsmi olaraq dəstəyin tam başa çatdığını açıqlayıb.
Şirkət etiraf edib ki, “Warzone”un mobil versiyası populyar franşizanın konsol və PC versiyaları səviyyəsində auditoriya cəlb edə bilməyib.
Qeyd edək ki, “Warzone Mobile” oyununun buraxılışı 21 mart 2024-cü ildə baş tutmuşdu.
