...

ABŞ Konqresi yaxınlığında üzərində dolu ov tüfəngi olan şəxs saxlanıldı

Dünya xəbərləri Materials 18 Fevral 2026 03:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Konqresinin binası yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları üzərində dolu ov tüfəngi olan bir kişini saxlayıblar.

Trend xəbər verir ki, bu barədə Maykl Sallivan mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, “bir kişi ov tüfəngi ilə maşından düşüb Kapitoliyə tərəf qaçıb. O, Kapitoli polisi tərəfindən saxlanılıb, polislər ona silahı yerə qoymağı əmr ediblər və o, tabe olub”.

Sallivan əlavə edib ki, saxlanılan şəxs 18 yaşındadır. Ov tüfəngi doldurulmuş vəziyyətdə olub, şəxs taktiki jilet geyinmişdi və üzərində sursat var idi. Maşından həmçinin dəbilqə və qaz maskası tapılıb. Onun hərəkətlərinin motivi hələ müəyyən edilməyib.

Xəbər lenti

Xəbər lenti