...

Pakistanda terror – 12 nəfər həlak olub

Dünya xəbərləri Materials 17 Fevral 2026 15:49 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanda Bakur rayonunda yerləşən nəzarət buraxılış məntəqəsində (NBM) partlayış törədilib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 azyaşlı uşaq və 11 təhlükəsizlik qüvvələri əməkdaşı həlak olub, yeddi mülki şəxs yaralanıb.

İlkin məlumata əsasən, hücumu həyata keçirən terrorçular mühafizəçilərin onları hərbi şəhərciyə buraxmadığını görərək, içi partlayıclarla dolu avtomobili NBM-in divarlarına çırpıb və beləcə partlayış törədiblər

Qanlı hücuma görə məsuliyyəti “Təhriki-Taliban” terrorçu qruplaşması məsuliyyəti öz üzərinə götürüb. Sözügedən qruplaşma 2022-ci ildə sülhü pozandan bəri hücumlar baxımından fəallaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti