...

ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli danışıqların növbəti raundu start götürdü

Dünya xəbərləri Materials 17 Fevral 2026 17:15 (UTC +04:00)
ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli danışıqların növbəti raundu start götürdü
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrənin Cenevrə şəhərində Ukrayna münaqişəsinin nizamlanması üzrə üçtərəfli (Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında) danışıqlar prosesinin növbəti raundu start götürüb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Görüş təyin olunduğu vaxtdan təxminən 2 saat gec başlayıb. Belə ki, müzakirələrin Bakı vaxtı ilə 15:00-da başlanacağı planlaşdırılırdı.

XXX
10:44

Bu gün Cenevrədə Ukrayna böhranının nizamlanması üzrə üçtərəfli danışıqların (ABŞ, Rusiya və Ukrayna arasında) yeni raundu başlayır.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Müzakirələr tərəflərin Əbu-Dabidə keçirdiyi təmaslarla müqayisədə daha geniş məsələlər dairəsini əhatə edəcəyi gözlənilir.

İsveçrənin Xarici İşlər Nazirliyi daha əvvəllər bildirmişdi ki, danışıqlar qapalı rejimdə keçiriləcək və KİV nümayəndələri buraxılmayacaq.

Qeyd edək ki, Rusiya, Ukrayna və ABŞ-nin iştirakı ilə üçtərəfli məsləhətləşmələrin birinci raundu 23–24 yanvar tarixlərində Əbu-Dabidə keçirilib. 4–5 fevral tarixlərində Əbu-Dabidə danışıqların ikinci raundu baş tutub. Müzakirələrin əsas nəticələrindən biri Rusiya və Ukrayna arasında kütləvi əsir mübadiləsinin baş tutması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti