Bakı. Trend:
NATO Norveçin Budyö şəhərində yeni Birləşmiş Hava Əməliyyatları idarəetmə mərkəzi yaradacaq.
Trend xəbər verir ki, bu barədə Norveçin Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.
“Lazım olan məkanın hərtərəfli qiymətləndirilməsindən sonra ... seçim sonda Budyö şəhərinin üzərinə düşdü”, — deyə bəyanatda bildirilir.
Budyö meri Odd Emil İnqebriqtsen deyib ki, belə mühüm hərbi obyekti qəbul etmək böyük məsuliyyətdir, lakin şəhər buna hazırdır:
“Budyö uzun müddətdir həmin obyektin yerləşdirilməsi üçün yaxşı məkan olub və belə də qalacaq”.
