...

Rusiyada hərbi komendantlıq binasında partlayış – ölənlər var

Dünya xəbərləri Materials 17 Fevral 2026 16:42 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Leninqrad vilayətində hərbi komendantlıq binasında partlayış baş verib.

Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər həlak olub.

Daha bir neçə nəfərin dağıntılar altında qaldığı deyilir. Partlayış dalğasından binanın ikinci və üçüncü mərtəbələri, eləcə də çardaq örtüyü uçub. Binanın daha da çökməsi təhlükəsi qalmaqdadır.

Daha əvvəl Leninqrad vilayətinin Vsevolojsk rayonunda hərbi komendantlıq binasında partlayışın baş verdiyi dörd hərbçi dağıntılar altında qaldığı deyilirdi. Hadisə yerində fövqəladə xidmətlərin əməkdaşları işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti