...

Bu ölkə fırtınadan zərər çəkmiş bölgələrə 8 milyard dollarlıq yardım ayırıb

Dünya xəbərləri Materials 17 Fevral 2026 19:00 (UTC +04:00)
Bu ölkə fırtınadan zərər çəkmiş bölgələrə 8 milyard dollarlıq yardım ayırıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya hökuməti son həftələrdə Ekstremadura və Əndəlüs bölgələrində baş verən güclü fırtınalardan zərər çəkmiş əhali üçün təxminən 7 milyard avro (8 milyard dollar) məbləğində maliyyə yardımını təsdiqləyib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

İspaniyanın büdcə naziri jurnalistlərə açıqlamasında bildirib ki, yardım paketi fırtınalar səbəbindən təxliyə edilən 12 mindən çox şəxsi əhatə edəcək və daşqınların evlərə, biznes subyektlərinə, kənd təsərrüfatı və balıqçılıq sektoruna vurduğu ziyanın qismən kompensasiyasına yönəldiləcək. Nazir əlavə edib ki, ekspertlərin yekun hesabatlarından sonra ziyanın miqyası daha böyük olarsa, əlavə vəsait ayrılması da mümkündür.

Kənd təsərrüfatı naziri Luis Planas isə açıqlamasında fırtınalar nəticəsində ən azı 14 min hektar məhsul sahəsinin, o cümlədən giləmeyvə, sitrus meyvələri və zeytun bağlarının zərər gördüyünü bildirib.

Dövlət hava agentliyinin məlumatına görə isə, ölkədə oktyabr ayından bu yana yağıntı səviyyəsi normadan 38 faiz çox olub.

Qonşu Portuqaliyada isə hökumət ilkin hesablamalara əsasən birbaşa bərpa xərclərinin 4 milyard avrodan çox olduğunu açıqlayıb. “Kristin” fırtınasından sonra ölkədə yenidənqurma işlərinə dəstək məqsədilə 2,5 milyard avro həcmində kredit və təşviq paketi ayrılıb.

Qeyd edək ki, ilin əvvəlindən bəri İspaniya və Portuqaliya bir neçə güclü fırtına ilə üzləşib. Təbii hadisələr nəticəsində infrastruktur və kənd təsərrüfatı sahələrinə ciddi ziyan dəyib, minlərlə insanın təxliyəsinə ehtiyac yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti