Bakı.Trend:
Ötən il Radiotezliklər üzrə Dövlət Komissiyasına daxil olmuş 71 müraciətə baxılaraq müvafiq qərarlar qəbul edilib.
Trend xəbər verir ki, bu barədə məlumat İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) 2025-ci ilə dair illik hesabatında yer alıb.
Bildirilir ki, radiotezlik zolaqlarının ayrılması barədə 56 qərar, yenidən rəsmiləşdirmə üzrə 9 qərar və kosmik-peyk rabitə vasitələrinin istismarı ilə bağlı 6 qərar verilib.
Yenidən rəsmiləşdirmə də daxil olmaqla ümumilikdə 151 radiotezlik ayrılıb.
Nəticədə Dövlət Komissiyasının iclasında baxılan məsələlərin hamısı müsbət cavablandırılaraq müvafiq icazələr verilib. Eyni zamanda Radiotezliklər üzrə Dövlət Komissiyasının müvafiq qərarları ilə ümumilikdə 240 ədəd radiotezlik resursu (radiotezlik nominalları) dövlət resursu kimi geri alınıb.
