...

Donald Tramp Kuba ilə bağlı fövqəladə səlahiyyətlərin müddətini bir il uzatdı

Dünya xəbərləri Materials 18 Fevral 2026 07:47 (UTC +04:00)
Donald Tramp Kuba ilə bağlı fövqəladə səlahiyyətlərin müddətini bir il uzatdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Kubaya istiqamət götürən həm ABŞ, həm də xarici gəmilərin səlahiyyətli orqanlar tərəfindən saxlanılması və yoxlanılmasına icazə verən fərmanın müddətinin daha bir il uzadılması barədə qərar qəbul edib.

Trend xəbər verir ki, bu barədə məlumat ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə dərc olunub.

Sənəddə xüsusi olaraq qeyd edilir ki, Kuba hökuməti adanın şimal sahilləri yaxınlığında keçirilə biləcək xatirə tədbirləri və ya dinc etiraz aksiyalarında iştirak etməsi ehtimal olunan ABŞ gəmiləri və uçuş aparatlarına qarşı güc tətbiq etməyəcəyinə dair heç bir zəmanət təqdim etməyib.

Eyni zamanda vurğulanır ki, ABŞ-də qeydiyyatda olan hər hansı bir gəminin Kubanın ərazi sularına icazəsiz daxil olması ABŞın xarici siyasətinə ciddi zərər vura bilər. Belə addımlar Kubadan kütləvi miqrasiya axınını stimullaşdırmaq potensialına malikdir.

ABŞ Prezidenti bəyan edib ki, məhz bu səbəbdən Kuba ilə bağlı fövqəladə vəziyyət rejiminin və adaya yönələn gəmilərin saxlanılmasına imkan verən fövqəladə səlahiyyətlərin qüvvədə olma müddəti uzadılır.

Xəbər lenti

Xəbər lenti