...

Barselonada anbarda baş verən yanğında beş nəfər həlak oldu

Dünya xəbərləri Materials 17 Fevral 2026 08:42 (UTC +04:00)

Bakı. Trend:

İspaniyanın Barselona vilayətinin Manlyu bələdiyyəsində yerləşən çoxmənzilli binada baş verən yanğın nəticəsində ən azı beş nəfər ölüb, dörd nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Kataloniya muxtar icmanın hökuməti bildirib.

"Manlyudakı (Osona) binada baş verən yanğın nəticəsində beş nəfər ölüb, dörd nəfər yaralanıb <...> Yanğın beşmərtəbəli yaşayış binasının damında yaşayış sahəsinə çevrilən anbarda baş verib. Naməlum səbəblərdən içəridəki insanlar çölə çıxa bilməyiblər", - deyə qeyd olunub.

Qeyd olunub ki, çağırışa gələn xilasetmə qrupları yanğını yarım saat ərzində söndürüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti