Bakı. Trend:
Ramazan ayının təqvimi məlum oldu.
Trend xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.
Ramazan ayının ilk günü fevralın 19-na təsadüf edəcək. Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərindədir. Ramazan bayramı isə martın 20-də olacaq.

