...

Böyük Qayıdışla bağlı 2026-cı ildə hansı işlər görüləcək?

Cəmiyyət Materials 17 Fevral 2026 13:08 (UTC +04:00)
Böyük Qayıdışla bağlı 2026-cı ildə hansı işlər görüləcək?

Bakı. Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura 2026-cı il üçün prioritet istiqamətlərİ müəyyən edib.

Trend xəbər verir ki, istiqamətlər Şuranın 2026-cı ildə keçirilən ilk geniş tərkibli iclasında təyin olunub. Müzakirələr zamanı 2026-cı il üçün aşağıdakı prioritet istiqamətlər müəyyən edilib:

- Şura üzvlərinin həm müvəqqəti məskunlaşma yerlərində, həm də artıq bərpa edilmiş ərazilərdə sakinlərlə mütəmadi görüşlərinin keçirilməsi;

- Prosesin şəffaflığını təmin etmək məqsədilə müasir informasiya-kommunikasiya vasitələrindən və innovativ platformalardan geniş istifadə edilməsi;

- Qayıdan əhalinin iqtisadi fəallığının artırılması və sosial adaptasiyası üçün təkliflərin hazırlanması.

İclasda İctimai Şuranın sədri Anar Xəlilov ötən il seçilmiş tərkibdə görülən işlərin nəticələri, Böyük Qayıdışın səmərəli təşkilində Şuranın iştirakı və qarşıda duran vəzifələr haqqında məlumat verib.

İclasda iştirak edən Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib ki, ictimaiyyət nümayəndələrinin rəy və təklifləri dövlət qurumları tərəfindən yüksək qiymətləndirilir və qərarların qəbulu zamanı nəzərə alınır. Komitə sədri Şura üzvlərinin rəy və təkliflərini dinləyib, onların suallarını cavablandırıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi prosesi 2026-cı ildə özünün ən dinamik mərhələsinə qədəm qoyub. "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində artıq on minlərlə soydaşımız öz ata-baba yurdlarında daimi məskunlaşdırılması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti