...

Gəncədə beşotaqlı evdə yanğın oldu

Hadisə Materials 17 Fevral 2026 10:44 (UTC +04:00)
Gəncədə beşotaqlı evdə yanğın oldu
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Gəncədə beşotaqlı evdə yanğın olub.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilir ki, Gəncə şəhərində ümumi sahəsi 168 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 108 m² sahədə, bitişik sahəsi 87 m² olan talvarın taxta atmaları və talvarın altına yığılan 1 ton ot bağlaması yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti