Bakı. Trend:
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.
Trend xəbər verir ki, ilk oyun günündə 4 görüş keçiriləcək.
Türkiyənin “Qalatasaray” klubu İstanbulda “Yuventus”u qəbul edəcək.
“Real” səfərdə “Benfika” ilə qarşılaşacaq. Fransanın PSJ və "Monako" klubları da bu gecə üz-üzə gələcək. Dortmund “Borussiya”sı isə “Atalanta”n qəbul edəcək.
Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” sabah Bakıda “Nyukasl”la qarşılaşacaq.
Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları 24–25 fevralda keçiriləcək.
17 fevral
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
21:45 "Qalatasaray" (Türkiyə) – "Yuventus" (İtaliya)
00:00 "Borussiya" (Dortmund, Almaniya) – "Atalanta" (İtaliya)
00:00 "Benfika" (Portuqaliya) – "Real" (İspaniya)
00:00 "Monako" (Fransa) – PSJ (Fransa)
18 fevral
21:45. "Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə)
00:00."Bodo/Qlimt" (Norveç) - "İnter" (İtaliya)
00:00."Brügge" (Belçika) - "Atletiko" (İspaniya)
00:00."Olimpiakos" (Yunanıstan) - "Bayer" (Almaniya)
