Bakı.Trend:
Qusar rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən "KİA" markalı 90-NA-887 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü 34 yaşlı Təmkin Rəsulov saxlanılıb.
Trend xəbər verir ki, Qusar Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsində sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə T.Rəsulovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.
