Bakı. Trend:
Ağ Evdə keçirilməsi planlaşdırılan Mütləq Döyüş Çempionatı (UFC) turnirində iştirak edəcək döyüşçülərin seçimində ABŞ prezidenti Donald Tramp şəxsən iştirak edəcək .
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə UFC rəhbəri Deyna Uayt jurnalistlərə açıqlamasında deyib.
Turnir iyunun 14-ə planlaşdırılıb.
“Bu tarix yaxınlaşdığından çox ideyaları müzakirə edirik. Prezident və onun komandası ilə görüşmək üçün Kreyq Borsari ilə Vaşinqtona uçuruq və orada onlarla təkcə təşkilati məsələləri deyil, həm də turnir iştirakçılarının siyahısını müzakirə edəcəyik. Bizim ümumilikdə tədbirin təşkil olunması ilə bağlı 3 variantımız var, baxaq görə o (Donald Tramp-red) nələri bəyənəcək, nələri yox. Həmin tədbir sadəcə möhtəşəm, unikal, xüsusi və çox bahalı olacaq”, -deyə Uayt bildirib.
Qeyd edək ki, Ağ Evdə keçiriləcək xüsusi turnir ABŞ-nin İstiqlal bəyannaməsinin 250-ci il dönümünə həsr olunub.
