Bakı. Trend:
Cenevrədə ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı böhranın nizamlanması üzrə danışıqlar ərəfəsində ABŞ prezidenti Donald Tramp İranla razılaşmanın əldə olunmasını istədəyini bəyan edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Mən danışıqlarda dolayı şəkildə iştirak edəcəyəm və onlar çox mühüm olacaq”,- deyə Tramp “Air Force One” təyyarəsinin göyərtəsində jurnalistlərə verdiyi açıqlamada deyib.
Danışıqlarda ABŞ nümayəndə heyətini xüsusi nümayəndələr Stiv Uitkoff və Cared Kuşner, İran tərəfini isə xarici işlər naziri Abbas Əraqçi təmsil edir. Vasitəçi qismində yenidən Omanın xarici işlər naziri Bədr əl-Busaidi çıxış edir. Əvvəlki raund Maskatda keçirilib.
