Bakı. Trend:
2025-ci ildə Azərbaycandan Gürcüstana 500,776 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Trend-in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 28,943 milyon ABŞ dolları olub.
Gürcüstana elektrik enerjisi ixracı 2024-cü ildəki göstərici ilə müqayisədə həcm ifadəsində 637,1 milyon kVt/saat və ya 2,3 dəfə, dəyər ifadəsi ilə 29,363 milyon ABŞ dolları, yaxud 2 dəfə azalıb.
Eyni zamanda, 2025-ci ildə Gürcüstandan Azərbaycana 3,259 milyon ABŞ dolları dəyərində, 50,145 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində 449 min ABŞ dolları və ya 16%, həcm ifadəsində isə 6,9 milyon kVt/saat və ya 16% çoxdur.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə 70,084 milyon ABŞ dolları dəyərində 1,230 milyard kVt/saat elektrik enerjisi ixrac edilib.
Həmçinin hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan və İrandan 7,579 milyon ABŞ dolları dəyərində 177,7 milyon kVt/saat elektrik enerjisi idxal edib.
