...

İstismara qaytarılan “Balakən” gəmi-bərəsi ilk səfərinə çıxdı

İqtisadiyyat Materials 17 Fevral 2026 10:23 (UTC +04:00)
İstismara qaytarılan “Balakən” gəmi-bərəsi ilk səfərinə çıxdı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

AZCON Holdinq şirkətlərindən olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin (ASCO) “Balakən” gəmi-bərəsinin təmiri yekunlaşıb.

Trend xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Bildirilir ki, təmir prosesi “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda həyata keçirilib. Proses çərçivəsində gəmi üzrə gövdə-qaynaq, boruquraşdırma, elektrik işləri yerinə yetirilib, buxar qazanı və sukeçirməyən qapılar yenilənib.

Bundan başqa, göyərtə kranlarının mexaniki və elektrik hissələri, heyətin yaşayış və xidməti otaqları təmir olunub.

Həmçinin bərənin suüstü hissəsi və vaqon göyərtəsi təmizlənərək ikiqat boya ilə rənglənib.

Təmir başa çatdıqdan sonra “Balakən” gəmi-bərəsi Qazaxıstanın Kurık limanı istiqamətində ilk səfərinə çıxıb.

Uzunluğu 154,8, eni 17,5 metr olan “Balakən” gəmi-bərəsinin maksimal sürəti 12.5 düyün, dedveyti isə 5 400 ton təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti