Bakı. Trend:
2026-cı ilin yanvar ayında ailə başçısını itirməyə görə 192 707 nəfər şəxsə pensiya və müavinət ödənilib.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilir ki, onların 137 248 nəfəri pensiya, 55 459 nəfəri isə müavinət alıb.
Qeyd edək ki, 2025-ci ilin dekabr ayında ailə başçısını itirməyə görə 192 200 nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.
Onların 137 min nəfərdən çoxu pensiya, 55,2 min nəfərdən çoxu isə müavinət alıb.
