...

Azərbaycan alüminium idxal və ixracını artırıb

İqtisadiyyat Materials 17 Fevral 2026 12:07 (UTC +04:00)
Azərbaycan alüminium idxal və ixracını artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan 17,329 milyon ABŞ dolları dəyərində 5,4 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, alüminium və ondan hazırlanan məmulatların ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,9 milyon ABŞ dolları və ya 39,5%, həcm baxımından isə 1,1 min ton və yaxud 25,8% artıb.

Hesabat dövründə ixrac olunan alüminium və ondan hazırlanan məmulatların ümumi ixracda xüsusi çəkisi 0,78%, qeyri-neft sektoru üzrə xüsusi çəkisi isə 6,46% təşkil edib.

Eyni zamanda 2026-cı ilin yanvar ayında Azərbaycana 10,926 milyon ABŞ dolları dəyərində alüminium və ondan hazırlanan məmulatlar idxal edilib. Bu isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 255 min ABŞ dolları və ya 2,4% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti