...

ABŞ-də xokkey matçında atışma - Ölənlər var

Dünya xəbərləri Materials 17 Fevral 2026 10:10 (UTC +04:00)
ABŞ-də xokkey matçında atışma - Ölənlər var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Rod-Aylend ştatında məktəb xokkey matçı zamanı atışma baş verib. Nəticədə cinayətkar da daxil olmaqla üç nəfər həyatını itirib, daha üç nəfər isə yaralanıb.

Trend xəbər verir ki, bu barədə Amerika KİV-i məlumat yayıb.

Bildirilib, hadisə fevralın 16-da yerli vaxtla saat 14:00 radələrində Potaket şəhərində baş verib. Həmin vaxt buz arenasında "Coventry" və "Blackstone Valley" məktəblərinin xokkey komandaları arasında matçın başlaması planlaşdırılırdı.

İlkin məlumata görə, atəşi açan şəxs də daxil olmaqla iki nəfər həlak olub, dörd nəfər isə xəstəxanaya yerləşdirilib. Lakin bir müddət sonra ölənlərin sayının üç nəfərə çatdığı — yaralılardan birinin xəstəxanada vəfat etdiyi bildirilib. Yaralılardan üçünün vəziyyəti ağırdır.

KİV-in məlumatına görə, hücum edən şəxsin kimliyi müəyyənləşdirilib — o, 56 yaşlı Robert Dorqan olub. Ölənlərdən biri cinayətkarın oğlunun anası, xəstəxanada vəfat edən şəxs isə onun qohumudur. Polisin bildirdiyinə əsasən, Dorqan hadisədən sonra özünə qəsd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti