Bakı.Trend:
Türkiyədə İstanbul Baş Polis İdarəsi və İstanbul Respublika Baş Prokurorluğu tərəfindən əlaqələndirilmiş şəkildə FETÖ/PDY terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Aparılan əməliyyat-axtarış tədbirləri çərçivəsində təşkilat daxilində məsul səviyyədə və təşkilat üzvü qismində fəaliyyət göstərən şəxslər müəyyən edilib.
Müəyyən edilmiş şəxslərin saxlanılması məqsədilə bu gün səhər saatlarında mərkəzi İstanbul olmaqla 8 vilayətdə eyni vaxtda əməliyyat keçirilib. İstanbul, Ankara, Elazığ, Erzincan, Qaziantep, Kastamonu, Kayseri və Samsun vilayətlərində aparılan əməliyyatlar zamanı 18 şübhəli saxlanılıb.
