Bakı. Trend:
Avropa Parlamentində deputatların süni intellektə çıxışı məhdudlaşdırılıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Belə ki, təhlükəsizlik səbəbləri ilə əlaqədar onların mobil cihazlarında, o cümlədən korporativ planşetlərində süni intellekt funksiyaları deaktiv edilib.
Məlumata görə, virtual köməkçilərin söndürülməsi barədə qərar parlamentin kibertəhlükəsizlik və şəxsi məlumatların qorunması üzrə qruplarının tövsiyələri əsasında qəbul olunub.
Aparılan yoxlama nəticəsində məlum olub ki, bu Sİ funksiyalarından bəziləri yerli şəkildə emal edilə biləcək tapşırıqları yerinə yetirmək üçün bulud xidmətlərindən istifadə edir və bununla da məlumatları cihazdan kənara ötürür.
Deputatlar mətnlərin yazılmasına kömək edən, veb-səhifələrin məzmununu qısaldan və digər virtual köməkçi funksiyalarını yerinə yetirən daxili Sİ funksiyalarından məhrum ediliblər.
