Bakı.Trend:
Bərdədə yük avtomobili piyadanı vurub.
Trend-in məlumatına görə, hadisə dünən saat 17:30 radələrində baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü Elnur Mehdizadə idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə yaşadığı Bərdə rayonu, 1-ci Qazaxlar kəndi ərazisində yerləşən kəndarası aralıq yolda sağa dönmə əməliyyatını yerinə yetirərkən idarəetməni itirib, həmin vaxt yolun qarşı tərəfdən sağ ehtiyat hissəsində piyada hərəkətdə olan 1972-ci il təvəllüdlü Elçin Sadıqovu vurub.
Hadisə nəticəsində piyada Elçin Sadıqov ölüb
Faktla bağlı Bərdə Rayon polis şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılır.
