Bakı. Trend:
04.02.2026-cı il tarixində saat 18:00 radələrində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 2019-cu il təvəllüdlü azyaşlıya göstərilən zəruri tibbi xidmətdən və həkimlərin çoxsaylı səylərindən sonra pasiyent kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilir ki, tibb müəssisəsinə şiddətli qanaxma ilə daxil olan azyaşlının üzərində cərrahi əməliyyat icra olunub.
"Əməliyyatdan sonra Reanimasiya şöbəsinə müvafiq medikamentoz müalicə tədbirləri uğurla davam etdirilib", məlumatda qeyd edilib.
Xatırladaq ki, hadisə fevralın 4-də baş verib. 7 yaşlı uşaq bədənin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
