Bakı. Trend:
UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start verilib.
Trend-in məlumatına görə, ilk oyun günündə dörd qarşılaşma keçirilib.
Pley-off mərhələsi, ilk oyunlar
17 fevral
21:45. Qalatasaray (Türkiyə) – Yuventus (İtaliya) – 5:2
00:00. Benfika (Portuqaliya) – Real Madrid (İspaniya) – 0:1
00:00. Borussiya Dortmund (Almaniya) – Atalanta (İtaliya) – 2:0
00:00. Monako (Fransa) – PSJ (Fransa) – 2:3
Qeyd edək ki, pley-off mərhələsinin digər oyunları bu gün keçiriləcək. Cavab qarşılaşmaları isə bir həftə sonra baş tutacaq.
xxx
23:44
UEFA Çempionlar Liqasının pley-off mərhələsi start götürüb.
Trend xəbər verir ki, Türkiyənin Qalatasaray komandası İtaliya təmsilçisi Yuventusu qəbul edib. Görüş İstanbul nəhənginin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalatasarayın qollarını Qabriel Sara, Noa Lanq (2 qol), Davinson Sançes və Saşa Boe vurublar. "Yuventus"un heyətində isə Koompeyners dubl edib.
