Bakı. Trend:
İrəvanda Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qazaxıstan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Bolat İmanbayevlə “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutunu” (TRIPP) müzakirə ediblər.
Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu haqda Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Aparılan müzakirələrdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, regional nəqliyyat marşrutlarının açılması, habelə TRIPP təşəbbüsünün gerçəkləşməsinin yaradacağı iqtisadi perspektivlər kimi mövzulara toxunulub.
Həmsöhbətlər Ermənistan–Qazaxıstan ikitərəfli münasibətlərinin gündəliyində duran məsələləri müzakirə edərək əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üçün yeni imkan və istiqamətləri müəyyənləşdiriblər.
