Bakı. Trend:
Dağıstanda güclü külək səbəbindən 60-dan çox yaşayış məntəqəsi işıqsız qalıb. Ümumilikdə 5500-ə yaxın istehlakçının elektrik ererjisi təchizatından məhrum olduğu bildirilir.
Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
İşıqların sönməsinə səbəb yüksək gərginlikli elektrik xətlərində küləyin təsiri altında qısaqapanmanın baş verməsi olub.
Bərpa işlərinin aparılması üçün 12 nəfər və 4 texnikadan ibarət 4 briqada səfərbər olunub.
