Bakı. Trend:
Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) ilə əməkdaşlığın perspektivlərini müzakirə edib.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşım edib.
“Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə görüşdə əməkdaşlığın perspektivlərini nəzərdən keçirdik. Azərbaycanın makroiqtisadi sabitliyini, sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq enerji, rəqəmsallaşma, vergi, sənaye və digər istiqamətlərdə həyata keçirilən tədbirləri, qabaqcıl təcrübələrin tətbiqi nəticəsində əldə olunmuş irəliləyişləri qeyd etdik”, - paylaşımda qeyd edilib.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu 2026-cı il Azərbaycan iqtisadiyyatının 2,5% artacağını proqnozlaşdırıb.
Fondun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon Trend-ə müsahibəsində bildirmişdi ki, tcarət və investisiyaların regiona yönəlməsi ölkə iqtisadiyyatı üçün yeni imkanlar da yarada bilər. O qeyd etmişdi ki, uzunmüddətli dövrdə dayanıqlı artıma nail olmaq əsasən iqtisadi şaxələndirmənin dərinləşdirilməsindən, fiskal intizamın gücləndirilməsindən və özəl investisiyaları dəstəkləyən biznes mühitinin yaxşılaşdırılmasından asılı olacaq.
