...

Kot-d'İvuar sahillərində böyük təbii qaz yatağı aşkar edilib

Dünya xəbərləri Materials 17 Fevral 2026 22:48 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kot-d'İvuar sahillərində, Qvineya körfəzində iri təbii qaz yatağı kəşf olunub.

Trend xəbər verir ki, bu barədə "Business Insider Africa" məlumat yayıb.

Məlumata görə, yataq sahildən təxminən 45 kilometr məsafədə, 2 200 metr dərinlikdə yerləşir. Qazılan quyunun ümumi dərinliyi isə 4 400 metr təşkil edir. Qazma işləri İtaliyanın Eni şirkəti ilə Kot-d'İvuarın dövlətə məxsus "Petroci Holding" şirkəti tərəfindən birgə həyata keçirilib.

“Calao South” adlanan yatağın ehtiyatlarının təxminən 85 milyard kubmetr təbii qaz və 100 milyon barel kondensat həcmində olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti