Bakı. Trend:
ABŞ-nin Kaliforniya ştatında Taho gölü yaxınlığında baş verən qar uçqunu nəticəsində 10 xizəkçi itkin düşüb, daha 6 nəfər isə qar kütləsinin altında qalıb.
Trend xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə məşhur xizək mərkəzinin yerləşdiyi Taho gölünün şimal-qərbində, Kasl Pik bölgəsində, Traki şəhəri yaxınlığında qeydə alınıb. Qar uçqunundan sonra 10 xizəkçinin itkin düşdüyü, daha 6 nəfərin isə xilas edilməsini gözləyərkən ilişib qaldığı bildirilib.
Şerif Departamentinin kapitanı Rassel Qrinin sözlərinə görə, fevralın 17-si axşam saatlarında təxminən 46 xilasedici hadisə yerinə göndərilib. Lakin son məlumata əsasən, xilasedicilər hələ uçqunun baş verdiyi əraziyə çatmayıblar.
